Milli Məclisin plenar iclaslarının saatı dəyişib

Milli Məclisin plenar iclaslarının keçirilməsi vaxtına dəyişiklik edilib.
Gununsesiaz.info xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, plenar iclaslar saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Əgər iclas iki hissəli olarsa, bu zaman saat 13:00-dan 15:00-dək fasilə elan olunacaq. İkinci hissə isə 15:00-da başlayıb 17:00-dək davam edəcək.
Qeyd edək ki, bu vaxta qədər parlamentin iclasları saat 12:00-da başlayıb, 14:00-dək davam edib. İki hissəli iclaslarda isə 14:00-dan 16:00-dək fasilə olub. İkinci hissə 16:00-dan 18:00-dək davam edib.
Gununsesiaz.info