Milli Məclisin qanunvericilik işləri planı layihəsi təsdiqləndi

Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, layihə parlamentin payız sessiyasının bu gün keçirilən plenar iclasında müzakirə edilib. Deputatlar yekdilliklə layihəni dəstəkləyiblər.

HTML tutorial

Qeyd edək ki, qanun layihələri aşağıdakılardır: 1. Azərbaycan Respublikası Prezidenti, Milli Məclisin deputatları, Ali Məhkəmə, Azərbaycan Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri; 2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri; 3. Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri; 4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi 5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi 6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi; 7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi; 8. “Ali təhsil haqqında” qanun layihəsi 9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi 10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Gununsesi.info