Parlament sədri reanimasiyaya yerləşdirilib

  • By admin
  • 09 Yanvar 2017 12:58

ismayil-kahraman-tbmm-baskan

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman yenidən xəstəxananın intensiv terapiya bölməsinə yerləşdirilib.  
Gununsesi.info “Haberturk”ə istinadən verdiyi xəbərə görə, o, bundan əvvəl adi  palatada müalicə alırdı.

Qeyd edək ki, ötən ilin sonu xəstəxanaya yerləşdirilən TBMM sədri əməliyyat olunub. O, 2016-ci ilin dekabrın 30-dan etibarən Ankaranın Güvən xəsətxanasında  müalicə alan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman bu gün səhhətində yaranan problem nəticəsində reanimasiyaya yerləşdirilib.

İ. Kahraman dekabrən 3-0-da əməliyyat olunub və onun cərrahi əməliyyatı 5 saat çəkib. Əməliyytadan sonra onun səhhətinin noral olduğu bildirilsə də, yanvarın  9-da  səhhəti yenidən pisləşib və reanimasiyaya yerləşdirilib.

Xəstəxanada olduğu müddətdə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  və xanımı Əminə Ərdoğanla birgə spikerə baş çəkiblər.