Milli Məclisin Xocalı soyqırımına həsr olunan iclası başlayıb

  • By admin
  • 24 Fevral 2017 12:11

millimeclis-2015_40

Milli Məclisin bu gün keçirilən plenar  iclasında  Xocalı soyqrımının 25 illiyinə həsr olunmuş müzakirələr başlayıb. 

Gununsesi.info xəbər verir ki, parlamentarilər   Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsini müzakirə edirlər.  Müzakirələr başlamazdan əvvəl deputatlar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Spiker Oqtay Əsədov isə çıxışında qeyd edib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciəsidir: “Bu ermənilərin Azərbaycana qarşı etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.  Bunun tarixi 200 il əvvələ gedib çıxır. Xocalı soyqırımı miqyasına görə xalqımıza qarşı törədilən cinayətlərin ən dəhşətlisidir. Biz inanırıq ki, bu vəhşi cinayətləri törədən şəxslər Azərbaycan xalqı qarşısında cavab verəcəklər”.

Kamil

Gununsesi.info