Milli Məclis 2017-ci il dövlət büdcəsinin müzakirəsinə başladı

  • By admin
  • 06 Dekabr 2016 12:21
 millimeclis-2015_40
Milli Məclis (MM) 2017-ci il dövlət büdcəsinin müzakirəsinə başlayıb.
 Gununsesi.info xəbər verir ki, büdcənin müzakirəsində baş nazir Artur Rasizadə də iştirak edir.
Büdcəylə bağlı  giriş nitqi ilə çıxış edən MM-in sədri Oqtay Əsədov  bildirib ki, dünyanın əksər ölkələrində iqtisadi vəziyyətin psləşməsi və neftin qiymətinin 3 dəfədən artıq  aşağı enməsi nəticəsində  Azərbaycanın da valyuta gəlirləri azalıb:
“Bunun nəticəsində Mərkəzi Bankı monitar siyasətə dəyişiklik edilib. Amma buna baxmayaraq,  ölkə başçısının düşünülmüş siyasəti nəticəsində Azərbaycan iqtisadiyaytı öz dayanıqlığını qoruyub saxlayıb. Bundan sonra əsas vəzifə  makroiqtisadi sabitliyin edilməsinə və əsasən də qeyri-neft sektorunu inkişaf etdirməklə bu sahədən  daxilolmaların artırlmasına nail olmaqdır. Büdcədə gəlir və xərclər azaldılsa da, büdcə sosialyönümül büdcə olaraq qalıb. Bu sahəyə lazımi vəsait ayrılıb”.
Mütrtəza 
Gununsesi.info