Milli Məclis AXC-nin 100 illiyi ilə bağlı iclas keçirəcək - OQTAY ƏSƏDOV

  • By admin
  • 01 Fevral 2018 12:08

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası öz işinə başlayıb.

Gununsesi.info-nun məlumatına görə, iclası giriş nitqi ilə spiker Oqtay Əsədov açıb. Daha sonra Dövlət Himni səsləndirilib.

“Əminəm ki, Milli Məclis yaz sessiyasında da işini uğurla davam etdirəcək”, – deyən spiker qeyd edib ki, keçən ilin mayında prezident İlham Əliyev tərəfindən AXC ilə bağlı sərəncam imzaladı və prezident bildirdi ki, AXC-nin 100 illiyi  dövlət səviyyəsində qeyd ediləcək.

Spiker əlavə edib ki, Milli Məclis AXC ilə bağlı iclası iyun ayının 8-də keçirməyi planlaşdırır: “Hesab edirəm ki, yaz sessiyasında bizi gərgin işlər gözləyir. Hökumətin və ombudsmanın hesabatını qəbul edəcəyik”.

Qeyd edək ki, deputatlar iclas zamanı 15 məsələni müzakirə edəcək.

Gununsesi.info