Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

  • By admin
  • 30 Dekabr 2021 14:11

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.

Gununsesi.info xəbər verir ki, müraciətin mətnini Milli Məclisin deputatı Könül Nurullayeva oxuyub.

Müraciətdə bildirilir ki, dünya azərbaycanlılarının birliyinin əsas ideyasını azərbaycançılıq təşkil edir.

Qeyd edilir ki, dünya azərbaycanlıları möhkəm birlik nümayiş etdirir. “Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına təkan verib. Qarabağ həsrətinə son qoyulub. Dünya azərbaycanlılarının Qarabağı azad görmə arzusu reallaşıb” – müraciətdə deyilir.

Gununsesi.info