Milli Məclis sədrinin birinci müavini Serbiyaya gedib

  • By admin
  • 22 İyun 2017 19:26

axar.az1394439080milli-meclis

 

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Serbiyaya gedib.

Milli Məclisin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, səfərin məqsədi bu ölkənin yeni seçilən prezidenti Aleksandr Vuçiçin iyunun 23-də keçiriləcək andiçmə mərasimində iştirak etməkdir.

Z.Əsgərovun səfəri iyunun 24-də başa çatacaq.

 

Gununsesi.info