Milli Məclis vətəndaşların konstitusion hüquqlarını kobud surətdə pozur - QÜDRƏT HƏSƏNQULİYEV

  • Müəllif: admin
  • 07 Aprel 2017 16:34
sedr qudret bey
“Banklar haqqında” qanuna dəyişikliklə bağlı olaraq İnzibati Prosessual Məcəlləyə nəzərdə tutulan dəyişikliklər bir başa Azərbaycan Konstitusion  normalarının pozulmasıdıtr.
 Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən pleaar iclasında səsləndirib.
 Onun sözlərinə görə, İnzibati Prosesual Məcəllədə 131-2 maddəsi birbaşa  vətəndaşın  Konstitusion hüququnun pozulması deməkdir. Ona görə də təklif edirəm ki. Bu maddə qanun layihəsindən çıxarılmaldır”- deyə, Q. Həsənquliyev vurğulayıb.
 Millət vəkili deyib ki, burada yetərincə vətəndaşların konstitusion hüquqlarının pozulması ilə bağlı məsələlər var: “Vətəndaşın konstitusiya hüquq normalarının bu qədər pozulması yolverilməz haldır. Düzdür, Milli Məclisdə vətəndaşların   konstitusion normaların pozulması  halları əvvəllərdə olub. Ancaq bu səviyyədə olmayıb.
Burada biz bir yanadan bank sektorunun inkiaşfından  danışırıq, ancaq digər tərəfdən konstitusion hüquqları pozuruq. Belə olmaz axı. Bu yolla bank sektorunu inkişaf etdirə bilmərik. Siz təsəvvür edin mənə pul verilir bank açmaq üçün mən konstitusion  normaları pozulan belə bir ölkədə sərmayə yatıra bilərəmmi, qətiyyən yox?!. Mən bunun etmərəm”.
Millət vəkili eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən səlahiyyətlərə də etriaz edərək deyib ki, mən MBNP-yə bu qədər səlahiyyət verilməsini isə anlaya bilmirəm.  “Odur ki, bu məsələlər aydınlıq gətirlməli və ilk olaarq 131-2 maddəsi  qanun layihəsindən çıxarılmalıdır”- deyə, o, bildirib.
Millİ məclis sədri Oqtay Əsədov  məsələyə reaksiya verərək bildirib ki, bu dəyişikliklərin əsas mahiyyəti bank sektorunun sağlamlaşdırılmasına xidmət edir. “Bu gün elə bank var ki, gündə  beş milyon manat ziyan edir. Ona görə də bu piramida kimi inkişaf etməsin deyə bankların sağlamlaşdırılmasına  xidmət edir. MBNP-yə  də səlahiyətlərin verilməsinin əsas məqsədi bankalrın  effektiv olaraq həyata keçirilməsinə xidmət edir. Ona görə də bu quruma səlahiyyət verməliyik”- deyə, spiker bildirib.
Mürtəza 
Gununsesi.info