Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək

  • By admin
  • 18 Yanvar 2021 20:22

Milli Məclisin yaz sessiyası çərçivəsində müzakirə ediləcək məsələlər müəyyənləşir.

Gununsesi.info-nun məlumatına görə, müzakirə ediləcək məsələlərlə yanaşı, dinləmələr də keçiriləcək.

Parlamentin İnsan Hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına əsasən, 2 dinləmə keçiriləcək – 18 iyun – Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə və “Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələr”.

Gununsesi.info