Milli Məclisdə mübahisə: “Söhbət qurtardı…”

  • By admin
  • 17 Fevral 2023 13:00

Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı deputat və spiker arasında fikir ayrılığı olub.

Gununsesi.info xəbər verir ki, spiker Sahibə Qafarova çıxış üçün yazılan deputat Aydın Mirzəzadəyə söz verərkən sırf müzakirədə olan qanun layihəsi barədə danışmağı tövsiyə edib:

“Çıxışlara ancaq mövzu ilə əlaqəli çıxış etməyənlər yazılır. Baxıram ki, üç dəqiqə ilə yazılıb, ancaq çıxış edə bilməyənlər yazılırlar… Aydın müəllim, əgər müzakirədə olan qanun layihəsi barədə çıxış edəcəksinizsə, buyurun”.

Bu zaman deputat Zahid Oruc mikrofonsuz nəsə deyib.

S.Qafarova isə ona irad tutub:

“Zahid müəllim mənə kömək lazım deyil!… Zahid müəllim, söhbət qurtardı, mən bilirəm hamı danışa bilər, hamının ürəyi doludur. Ona görə də xahiş edirəm, diskussiya açmayın”.

Gununsesi.info