Milli Məclisin əməkdaşları koronavirusa yoluxdu

  • By admin
  • 16 İyun 2020 11:53

Milli Məclisdə COVID-19 infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər keçirilir.

Bu barədə Gununsesi.org-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, parlamentin İşlər İdarəsinin iki əməkdaşında koronavirus testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal həkim nəzarətinə götürülüblər.

“Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək, karantin rejiminin tələblərinə uyğun təcrid olunublar. Onlar özlərini yaxşı hiss edirlər. Həmin əməkdaşlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir”, – deyə məlumatda bildirilib.

Gununsesi.org