Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI

  • By admin
  • 28 Fevral 2022 12:23

Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclasının vaxtı məlum olub.

Gununsesi.info xəbər verir ki, parlamentin növbəti iclası martın 4-də keçiriləcək.

Plenar iclasın gündəliyinə daxil olan məsələlər haqqında yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək.

Martın 4-də keçiriləcək iclasda əsasən, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2021-ci ildə görülən işlər haqqında məruzəsinin dinlənilməsi gözlənilir.

Gununsesi.info