Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

  • By admin
  • 18 Dekabr 2020 17:13

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

O bildirib ki, parlamentin növbəti plenar iclası dekabrın 22-də keçiriləcək: “İclasın gündəliyi barədə isə əlavə məlumat veriləcək”.

Gununsesi.org