Milli Məclisin plenar iclası Şuşada keçirilə bilərmi?

  • By admin
  • 27 Aprel 2022 09:36

Milli Məclisin komitələri hər ay Şuşa şəhərində birgə iclas keçirəcək. Bununla bağlı plan artıq komitələrə təqdim olunub. Bu gün növbəti iclasın Azərbaycanın mədəniyyət paytaxtında keçilməsi planlaşdırılır.

Komitə tədbirləri ilə yanaşı, Milli Məclisin plenlar iclaslarının Şuşada keçirilməsi də gözləntilər sırasındadır. Ehtimal olunur ki, parlamentin yaz sessiyası müddətində iclaslardan biri Şuşada reallaşa bilər.

Gununsesi.info-nun Modern.az-a istinadən verdiyi xəbərə görə, hələlik bu məsələ gündəmdə deyil. Belə ki, Şuşa şəhərində bərpa-quruculuq işləri davam etdiyindən gələcək sessiyalarda mövcud şərait imkan verdiyi halda plenar iclasın Şuşada təşkil edilməsi ehtimalı var.

Bununla belə, yaz sessiyasında plenar iclaslardan birinin Şuşada keçirilməsi hələ ki nəzərdə tutulmayıb.

Gununsesi.info