Milli Müdafiə Universitetinin rektor vəzifəsi bu generala həvalə olundu

Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Heydər Kamal oğlu Piriyev yeni yaradılan Milli Müdafiə Universitetin rektoru vəzifəsini icra edir.

Gununsesi.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, yeni yaradılan Universitetin rektor vəzifəsinin icrası professor, general-leytenant Heydər Piriyevə həvalə olunub.

Məlumat üçün qeyd edək ki, “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında “Pilotsuz Uçuş Aparatları” müsabiqəsinin “B” kateqoriyası üzrə 3-cü yerə layiq görülən kursantların mükafatlandırılması mərasimində iştirak edən rektor əvəzi general-leytenant H.Piriyev kursantlara öz tövsiyələrini verib və komandanın bütün üzvlərini mükafatlandırıb.

 

Gununsesi.info