Milli parkda elektrik cərəyanı ilə ov etdi

  • By admin
  • 08 Yanvar 2023 13:59

Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakini R.Mustafayev Milli Parkın ərazisindəki su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.

R.Mustafayevin təbiətə 1 089 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info