Milli Preventiv Qrup tərəfindən növbəti başçəkmə həyata keçirilib

  • By admin
  • 26 Sentyabr 2017 10:06

ombudsman_984

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Təhsil Nazirliyinin Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasına əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyibaşçəkmə zamanımüəssisəninbütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisədə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət öyrənilib.

Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Gülnaz Qənbərli

Gununsesi.info