Milli Qəhrəmanlardan Borçalı, Təbriz və Dərbənd azərbaycanlılarına ÇAĞIRIŞ

Hazırda bütün dünyada yaşayan azərbaycanlılar birlik göstərib erməni təxribatına qarşı birləşir. Müxəlif ölkələrdə olan azərbaycanlılar bu birliyi istər aksiya şəklində, istərsə də sosial şəbəkələr üzərindən aparır.

Gununsesi.org bildirir ki, Azərbaycanın Milli Qəhrəmanları da Modern.az vasitəsi ilə Gürcüstan, İran və Dağıstanda olan azərbaycanlılara müraciət ünvanlayıb:

 

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev Gürcüstan, İran və Dağıstanda yaşayan azərbaycanlılara müraciət edib erməniləri istənilən sahədə “vurmağın” lazım olduğunu bildirib:

“Bütün dünyada yaşayan azərbaycanlılar ermənilərə qarşı birləşib öz təbliğatlarını aparmalıdırlar. Məsələn, mən dünən oxudum ki, Rusiyadakı azərbaycanlılar erməni satıcılardan mal almasın deyə çağırış ediblər. Hazırda Ermənistandan Rusiyaya gələn ərik azərbaycanlılar tərəfindən alınmır və onların tonlarla malı ziyan olur. Yəni bu onlara qarşı iqtisadi dirənişin bir nümunəsidir. Eləcə də Dağıstanda yaşayan azərbaycanlılar birlik göstərməli hər sahədə erməniləri “vurmalıdırlar”.  İstər internetdə, istər mətbuatda bu dəqiqə erməni təxribatı susdurulmalıdır. İqtidar da, müxalifət də bir olmalı, dövlətin maraqlarını qorumalıdır. Ancaq belə olan halda düşmənə qalib gəlmək olar. Onsuz da Azərbaycan ordusu güclüdür və qələbəsinə inanır. Biz onlara mənəvi dayaq olduğumuzu sübuta yetirməliyik”.

 

Milli Qəhrəman Maşallah Abdullayev Gürcüstan və Dərbənd azərbaycanlılarına xüsusi müraciət ünvanlayıb:

“İstər Gürcüstan, istərsə də Dərbənd bizə yaxın olan ərazilərdir. İndi hər iki ölkədə ermənilərin sayı kifayət qədərdir. Əgər azərbaycanlılar sözü bir yerə qoyub toplaşasalar, onda tək o ölkədə olan erməniləri yox, bütün dünyada yaşayan ermənilərə təsir etmək olar. Düşmən tərəf bizdən doğrudan qorxur. Bu sözdə olan bir məsələ deyil. İndi Türkiyə, Böyük Britaniya və bir neçə ölkə Azərbaycana dəstəkdir. Bütün bunları görən həmvətənlərimiz lazımı addımları atmalıdır”.

 

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev İranda yaşayan milyonlarla azərbaycanlını bir olmağa çağırıb: 

“Aprel döyüşlərində olduğu kimi, bu döyüşlərdə də xalqın igid oğulları ayağa qalxaraq, Milli Ordumuza və doğma Qarabağımıza dəstək nümayiş etdirib xalq-ordu birliyini ortaya qoydu. Bütün respublika üzrə gedən nümayişlərdə, eləcə də xaricdə “Ya Qarabağ ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ali baş komandan əmrini gözləyirik!” kimi şüarlar səsləndirdi. Əlbəttə ki, bütün bunlar çox qürurvericidir. Biz birlikdə güclüyük. Ali baş komandanın ətrafında sıx birləşərək istər daxildə, istərsə də xaricdə olan düşmənlərimizə qalib gələcəyik. Hazırda İranda milyonlarla azərbaycanlı yaşayır, erməni provakasiyası orda da yeridilir. İstər aksiya istərsə də sosial şəbəkələr üzərindən soydaşlarımız düşmənləri susdurmalıdır”.

Gununsesi.org