Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn olunacaq

  • Müəllif: Firuzə
  • 15 Yanvar 2026 09:52

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida və dəfn mərasimi sabah saat 11:00-da keçiriləcək.

Gununsesi.info  Apa-ya istinadən xəbər verir ki, o, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

Qeyd edək ki, Ş.Tağıyevin cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə Qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Gununsesi.info