Milli Qəhrəmanlara da birdəfəlik kompensassiyanın veriləcək mi… MİLLİ MƏCLİS

  • By admin
  • 21 İyun 2019 14:58

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Aydın Hüseynov birdəfəlik kompensassiya almayan Milli Qəhrəmanlara da birdəfəlik kompensassiyanın verilməsini təklif etdi.

Onun sözlərinə görə, Azərbaycanda Milli Qəhrəmanların bir qismi birdəfəlik kompensasiya almaqdan məhrumdurlar: “Kompensasiya ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Qəhrəman adını alanlara verilir. Ancaq elə şəxslər var ki, 1991-ci ilin 18 oktyabrınadək Milli Qəhrəman adı alıblar. Bunlara kompensasiya verilmir”. Deputat dedi ki, həmin şəxslərlə bağlı ayrıca dövlət başçısına müraciət ediləcək: “Amma mən təklif edərdim ki, elə DSMF-dən ayrılan 150 milyon manat həmin şəxslərə kompensasiya verilməsinə yönəldilsin”.

Gununsesi.org