Milli Qurtuluş Günü Ədliyyə Nazirliyində qeyd olunub

  • By admin
  • 15 İyun 2018 13:55

Картинки по запросу Ədliyyə Nazirliyi

 Milli Qurtuluş Günü Ədliyyə Nazirliyi və onun bütün struktur qurumlarında geniş qeyd olunub.

Gununsesi.info APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bayram münasibətilə nazirliyin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ədliyyə naziri Fikrət Məmmədov Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı fədakar xidmətlərindən, ulu öndərin Azərbaycanda müasir ədliyyə sisteminin yaradılmasına və fəaliyyətinə qayğısından bəhs edib.

Tədbirdə ədliyyə orqanlarına qulluğa qəbul olunmuş bir qrup gənclə görüş keçirilib.

Görüşdə nazir müavini Toğrul Musayev Heydər Əliyevin zəngin həyat yolundan bəhs edib.

Bayramla əlaqədar nazirlikdə Heydər Əliyev Muzeyində ümummilli liderin həyatı və fəaliyyəti, zəngin dövlətçilik irsi ilə bağlı yeni foto və ekspozisiyalarla tanış olunub, kinozalda Heydər Əliyevə həsr olunmuş filmlər, eləcə də foto-slaydlar nümayiş olunub.

Əməkdaşlar Nizami Kino Mərkəzində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Qılınc və Qalxan” sənədli filminə də tamaşa ediblər.