Milli Şuranın mitinqi təxirə salması ittihamlara səbəb oldu - NƏ BAŞ VERİR?

  • By admin
  • 20 Sentyabr 2016 09:10

milli-sura

Milli Şura sentyabrın 24-də mitinq keçirməkdən imtina edib. Bunu qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyir.

Gununsesi.info bildirir ki, O,  AzadlıqRadiosuna qısa müsahibəsində bunu sonuncu, 17 sentyabr mitinqi ərəfəsindəki və daha sonrakı çoxsaylı həbslərlə izah edir:“Sonuncu mitinqdən öncə onlarla insanı tutmuşdular, daha sonra mitinq günü yolları, şəhərə girişi bağladılar, 3-5 saat da olsa mitinqə gəlmək istəyən nə qədər insanı saxladılar. Razılaşdırılmış mitinq hansı sonluqla nəticələndi, bunu da hamı bilir. Polis özbaşınalıq etdi. Bir tərəfdən icazə verir, o biri tərəfdən əlində dubinka saxlayır. Bu da ona gətirdi ki, sentyabrın 24-dəki mitinqi təxirə salaq”.

Eyni zamanda Milli Şuranın referendum ərəfəsi üçüncü mitinqi müxalifətin iki cinahının, Milli Şura və Müsavat Partiyasının tərəfdarları arasında sosial şəbəkələrdə polemikalara səbəbə olub. Sosial şəbəkələrdə gənclər mitinqi təxirə saldığına görə, Milli Şuranı tənqid edir.

Milli Şuranın təsisçilərindən olan AXCP sədri Əli Kərimli isə qurumun mitinq qərarı vermədiyini deyib: “Biz belə şey deməmişik. Bu söhbəti ortaya atanlar qərəzli adamlardır. Hər halda, biz bilmirik hökumətin Milli Şuraya artan repressiyalarını cavablandıraq, yoxsa müxalifət düşərgəsinin bizə qarşı qərəzli münasibətini. Biz 24 sentyabrda mitinq keçirməyə qərar vermişiksə, hansı məntiqlə ondan altı gün qabaq keçirdiyimiz çoxminlik aksiyada bunu elan etmirik? Niyə adamlar azacıq özlərinə əziyyət verib bu haqda düşünmürlər?”.