Milli Şuranın mitinqinə gedənlər cəzalanıb

  • By admin
  • 03 Oktyabr 2017 15:16

1493147846-5051

İqtidar Milli Şuranın 23 sentyabr mitinqində iştirak edən büdcə çalışanlarına, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirlərinə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə musavat.com -a son iki gündə ən azı, 10 şikayət daxil olub. Şikayətlər müxtəlif büdcə təşkilatlarında çalışanlar və tələbələrdən gəlib. Onlar saytın poçtuna yazırlar ki, rəhbərlk (rektorat) hansısa yolla onların mitinqdə iştitakını təsbit edib; daha doğrusu, rəhbərliyə onların mitinqdə iştirakını təsdiq edən foto və video sübutlar təqdim olunub. Bunun əsasında da Milli Şuranın mitinqinə qatılan vətəndaşlara qarşı iş və təhsil yerlərində təzyiq və cəza tədbirləri başlayıb. Artıq hətta iş yerini itirənlər də var.

Gununsesi.info