Milli Şuranın mitinqində jurnalistlərə qarşı zorakılıq - MEDİA NÜMAYƏNDƏLƏRİ SAXLANILDI

  • By admin
  • 17 Sentyabr 2016 21:59

mehman

Bu gün Yasamal rayonundakı Məhsul stadionunda Milli Şuranın mitinqi başa çatandan sonra polislə mitinqçilər arasında gərginlik yaşanıb. Gununsesi.info-nun aksiyanı izləyən əməkdaşının xəbərinə görə, mitinqdən sonra əllərində bayraq küçəyə çıxan gənclərə polis qəfildən hücum çəkib. Onları avtobuslora dolduraraq, aparan polislər olayı lentə alan media nümayəndələrinə qarşı da zorakılıq edib.

“Turan” informasiya agentliyinin, “Azadlıq” radiosunun və digər KİV-lərin təmsilçiləri də polis tərəfindən zorla avtobuslara mindirilərək, ərazidən uzaqlaşdırılıb.

Xüsusi zorakılıqla üzləşənlərdən biri də blogger Mehman Hüseynov olub. Polislər insanların gözü qarşısında ona bir neçə ağır zərbə endirib.

Mitinqdən sonra Mətbuat Şurası isə açıqlama yayaraq, jurnalistlərə qarşı hər hansı təzyiq qeydə alınmadığını bəyan edib.

Gununsesi.info