“Milli təhlükəsizlik naminə nə qədər sərt olsa, bir o qədər yaxşıdır!” - TRAMP BAŞ PROKURORU TƏRİFLƏDİ

  • By admin
  • 06 Avqust 2017 08:41

tramp-5

ABŞ prezidenti Donald Tramp hakimiyyət qurumlarından məlumat sızmaları ilə mübarizəyə görə baş prokuror, ədliyyə naziri Ceff Seşnsi tərifləyib.

 Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Twitter” səhifəsində yazıb.

“Yaxşı ki Baş prokurorluq Vaşinqtondan uzun illər davam edən  məlumat sızmaları ilə mübarizədə hərəkətə keçməyə başlayıb! Milli təhlükəsizlik naminə nə qədər sərt olsa bir o qədər yaxşıdır!” – deyə, Tramp yazıb.

Qeyd edək ki, bundan əvvəl Tramp C.Seşnsi sərt tənqid edərək, ondan məyus olduğunu bildirmişdi.

ABŞ Senatı yay tətilinə getməzdən əvvəl qurumun təsdiqi olmadan baş prokurorun əvəzlənməsinin qarşısını almaq üçün tədbirlər görüb.  Belə ki, Senat məzuniyyət dövründə prezident Donald Trampa təyinatlar etməyə qadağa qoyub.

Onu da qeyd edək ki, ABŞ prezidentləri bu vaxtadək Konqres tətilində olan zaman dəfələrlə məmur təyinetmə hüququndan yararlanıblar.

Gununsesi.info