“Milli Təhlükəsizlik Şurasında fövqəladə vəziyyət rejimi müzakirə ediləcək” - ƏRDOĞAN

  • By admin
  • 14 İyul 2017 18:15

erdogann

“Qarşıdan gələn bazar günü Milli Təhlükəsizlik Şurasının iclası var, fövqəladə vəziyyət rejimi ilə bağlı müzakirə ediləcək”.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Ankara Ticarət Dərnəyində təşkil edilən “15 iyul” panelində çıxışında bildirib.

Rəcən Tayyib Ərdoğan deyib ki, fövqəladə vəziyyət rejiminin davam etməsinin tərəfdarıdır və bunu hökumətə çatdıracaq: ” Milli Təhlükəsizlik Şurasının iclasında fövqəladə vəziyyət rejiminin uzadılmasının dəstəklənəcəyinə inanıram”.

Gununsesi.info