Millimiz 1/8 final mərhələsinə vəsiqə qazanıb

  • By admin
  • 19 Sentyabr 2016 12:36

futsal

Futzal üzrə dünya çempionatının qrup mərhələsində Azərbaycan milli komandası son oyununu keçirib.
Azərbaycan Futbol Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, Millimiz Kolumbiyanın Medellin şəhərindəki “Coliseo Ivan de Bedout” idman kompleksində İran yığması ilə qarşılaşıb. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Everton Cardosonun dubl etdiyi oyunda 1 dəfə Teles Martins Tyaqo fərqlənib.
Xatırladaq ki, komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlib, növbəti oyunda isə İspaniya yığmasına məğlub olmub -2:4.

HTML tutorial

Beləliklə, 4 xal toplayan millimiz qrup mərhələsini ikinci pillədə başa vuraraq 1/8 final mərhələsinə vəsiqə qazanıb. Millimiz sentyabrın 22-də, yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 23 sentyabr, saat 02:30), Medellin şəhərindəki “Coliseo Ivan de Bedout” idman kompleksində Tayland yığması ilə qarşılaşacaq.

Anar
Gununsesi.info