Millimiz Belarusa qalib gəldi

  • By admin
  • 30 İyul 2022 14:40

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Belarus komandasına qarşı keçirilmiş oyunda millimiz 1:0 hesablı qələbə qazanıb.

U-19-un heyətində 81-ci dəqiqədə penaltidən Nəriman Axundzadə fərqlənib. Bu komandalar arasında növbəti qarşılaşma iyulun 31-də olacaq.

Gununsesi.info