Millimizdən növbəti məğlubiyyət…

  • By admin
  • 09 Oktyabr 2021 22:18

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Gününsesi. info xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə üz-üzə gəlib.

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri bu matçdan da məğlubiyyətlə ayrılıb. Bakı Olimpiya Stadionundakı görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
9 oktyabr

20:00. Azərbaycan – İrlandiya – 0:3

Qol: Robinson, 7, 39, Oqbene, 90

Baş hakim: Espen Eskas (Norveç).
Bakı Olimpiya Stadionu.

Xal durumu: Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 2, Azərbaycan – 1.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 13. Abbas Hüseynov, 5. Maksim Medvedev (k), 4. Höccət Haqverdi, 18. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 7. Namiq Ələsgərov,  19. Filip Ozobiç, 10. Mahir Emreli

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov

İrlandiya: 1. Qavin Bazunu, 2. Matt Doherti, 4. Şeyn Daffi, 5. Con Eqan (k), 6. Coş Kullen, 7. Kallum Robinson,  11. Ceyms Makklin, 13. Ceff Hendrik, 15. Daril Horqan, 22. Endryu Omobamidel, 9. Adam İdah

Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Perrot, 12. Neytan Kollinz, 13. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli

Gununsesi. info