
Azərbaycan milli komandası Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını başa vurmalı olub.
Azərbaycan Futbol Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, bu gün 1/4 final mərhələsində Cali şəhərindəki “Coliseo El Pueblo” İdman Kompleksində Portuqaliya yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn millimiz, İspaniya komandasına 2:4 hesabı ilə məğlub olub. İranlı futzalçılarla isə heç-heçə edib – 3:3. Komandamız 1/8 final mərhələsində Tayland yığmasına 13:8 hesabı ilə qalib gəlib.
Anar
Gununsesi.info