Millimiz Dünya Kubokunda finala yüksəldi

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Gununsesi.info xəbər verir ki, komanda B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib.

Görüş 5:5 hesabı ilə başa çatdığı üçün əlavə göstəricilərə baxılıb. Burada daha üstün olan Azərbaycan millisi həlledici raunda vəsiqə qazanıb – 22:19.

Yığma qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

 

Dünya Kuboku

Dünya yığması – Azərbaycan – 4:5

55 kq

Nuqzari Tsurtsumia (Gürcüstan) – Eldəniz Əzizli – 0:9

60 kq

Aydos Sultangali (Qazaxıstan) – Murad Məmmədov – 4:1

63 kq

Leri Abuladze (Gürcüstan) – Taleh Məmmədov – 1:1 (sonuncu xal prinsipi ilə azərbaycanlı güləşçi qalib gəlib)

67 kq

Coni Xetsuriani (Gürcüstan) – Həsrət Cəfərov – 0:5

72 kq

Andrey Kulik (Ukrayna) – Ülvi Qənizadə – 7:1

77 kq

Zoltan Levai (Macarıstan) – Sənan Süleymanov – 1:8

82 kq

Jalqasbay Berdimuratov (Özbəkistan) – Rafiq Hüseynov – 1:3

87 kq

Aleks Kessidis (İsveçrə) – Murad Əhmədiyev – 2:3

97 kq

Nikoloz Kaxelaşvili (İtaliya) – Arif Niftullayev – 5:1

130 kq

Mantas Knistautas (Litva) – Sabah Şəriəti – 1:5

Qeyd edək ki, Dünya Kubokunda medal görüşləri noyabrın 6-da baş tutacaq.

Gununsesi.info