Millimiz FIFA-nın reytinqində İRƏLİLƏDİ

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində bir pillə irəliləyib.

Gununsesi.info-nun xəbərinə görə, təşkilatın bu gün açıqladığı reytinq siyahısında Azərbaycan 1 127 xalla 128-ci yerdə qərarlaşıb.

HTML tutorial

Reytinqə əvvəlki kimi Braziliya başçılıq edir. Belçika millisi ikinci, bir pillə yüksəlmiş Argetina üçüncü yerdə qərarlaşıb.

Fransa, İngiltərə, İspaniya, İtaliya, Niderland, Portuqaliya və Danimarka ilk onluqda yer alıb.

Gununsesi.info