Millimiz İngiltərə ilə qarşılaşacaq

  • By admin
  • 25 Oktyabr 2016 11:20

idman

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, Rumıniyanın Buftea şəhərindəki Futbol mərkəzində yığmamız İngiltərə komandası ilə qarşılaşacaq.

Millimizin İngiltərə ilə keçiriləcək qarşılaşması Malta və Rumıniyadan olan hakimlərə həvalə olunub. Rumıniyanın Buftea şəhərində baş tutacaq görüşün baş hakimi maltalı Fyodor Zammit olacaq. Ona həmyerlisi Luke Portelli və rumıniyalı Daniel Mitruti kömək edəcəklər.

Qarşılaşmanın dördüncü hakimi funksiyası rumın Katalin Qaman yerinə yetirəcək. Çexiyalı Patrik Filipek görüşün UEFA nümayəndəsi, irlandiyalı Gerard Perri hakim-inspektoru olacaq.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Anar
Gununsesi.info