Millimiz İrana qalib gəldi

  • By admin
  • 15 Yanvar 2017 21:50

milli

 

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən 1999-cu il futbolçulardan ibarət millimiz bu gün növbəti oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, komandamız İran yığması ilə qarşılaşıb.

Görüş millimizin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 77-ci dəqiqədə türkiyəli legionerimiz Doğukan Öksüz vurub.

C qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşmış yığmamız 9-16-cı yerlər uğrunda mübarizəsini davam etdirir. Növbəti rəqib yanvarın 17-də Estoniya millisi olacaq.

 

Gununsesi.info