Millimiz İspaniya yığması ilə qarşılaşacaq

  • By admin
  • 15 Sentyabr 2016 11:14

fut
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirəcək.

Azərbaycan Futbol Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, millimiz bu gün yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 16-da, saat 03.00-da) Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İspaniya yığması ilə qarşılaşacaq.

HTML tutorial

Qarşılaşmanı Alessandro Malfer (İtaliya) idarə edəcək. İkinci hakim çexiyalı Ondrej Cerny, üçüncü hakim isə Belçikanı təmsil edən Pascal Lemal olacaq.

Xatırladaq ki, millimiz dünya çempionatında keçirdiyi ilk oyunda Mərakeş yığmasını 5:0 hesabı ilə məğlub edib.

Anar

Gununsesi.info