Millimiz İspaniya yığması ilə qarşılaşıb

  • By admin
  • 16 Sentyabr 2016 14:37

idman
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib.
Azərbaycan Futbol Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, F qrupunda yer alan millinin rəqibi Avropa çempionu İspaniya olub.
Komandamız Kolumbiyanın Medellin şəhərindəki “Coliseo İvan de Bedout” idman kompleksində təşkil olunmuş qarşılaşmanı 4:2 hesablı məğlubiyyətlə tərk edib.
Xatırladaq ki, komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlmişdi. Millimiz dünya çempionatında növbəti oyununu sentyabrın 18-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19 sentyabr, saat 03:00) Medellin şəhərindəki “Coliseo İvan de Bedout” idman kompleksində İran yığmasına qarşı keçirəcək.

Anar

HTML tutorial

Gununsesi.info