Millimiz Latviyaya böyük hesabla qalib gəldi

  • By admin
  • 25 May 2022 21:18

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.

Gununsesi.info  xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:0 hesablı qələbə qazanıb.

Bu komandalar arasında növbəti matçı mayın 27-də oynanılacaq.

Gununsesi.info