
Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşlıq oyunu keçirib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Gununsesi.info-ya verilən məlumata görə, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın qollarını Aysun Əliyeva, Nigar Cəlilli və Sevinc Cəfərzadə vurub.
Anar
Gununsesi.info