Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçını keçirib.
Qol.az-ın xəbərinə görə, Yaşar Vahabzadənin komandası Qazaxıstanın “Okjeptes” klubu ilə qarşılaşıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Millimizin qollarını Sarxan Baloğlu və Ozancan Kökcü vurub.
Qeyd edək ki, yığmamız ilk sınaq matçında Almaniyanın “Rot Weis Erfurt” klubu ilə qolsuz heç-heçə edib.
Gununsesi.info