Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq

  • By Ayshan
  • 08 Noyabr 2025 19:53

Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan millisi A qrupunda son oyununu keçirəcək.

Gununsesi.info Qol.az-a istinadən xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda bu gün Bakı vaxtı ilə saat 20:00-da son oyununa çıxacaq.

Qeyd edək ki, millimiz qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqə qazanacaq.