Millimiz üçüncülük uğrunda oyuna çıxacaq

  • By admin
  • 03 İyul 2022 11:26

Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxacaq.

Gununsesi.info xəbər verir ki, Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv Andorra yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Kiçik ölkələrin Avropa çempionatı

3-cü yer uğrunda oyun

3 iyul

18:15. Azərbaycan – Andorra

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Andorraya 69:72 hesabı ilə uduzub.

Gununsesi.info