Millimizin baş məşqçisi istefa verdi

  • By admin
  • 06 Sentyabr 2017 22:10

yashar
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsində İsrail və İrlandiya yığmaları ilə keçirilmiş oyunlar ilə bağlı sentyabrın 6-da AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib.

AFFA-dan Axar.az-a bildirilib ki, hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadənin Azərbaycan U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib.

 

Gununsesi.info