Millimizin futbolçuları COVID-ə YOLUXDULAR

  • By admin
  • 02 Fevral 2022 09:12

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında koronavirusa kütləvi yoxlama qeydə alınıb.

Gununsesi.info-nun məlumatına görə, yığmanın 8 üzvünün testi müsbət nəticələnib.

Fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli, bununla əlaqədar ayın 1-dən 3-dək Bakıda hazırlıq keçməli olan yığmanın toplanışı ləğv edilib. Prosedura uyğun olaraq komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb. Bunlar futbolçular Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov, məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovdur.

Gununsesi.info