Millimizin futbolçusu Almaniya klubu ilə müqavilə imzaladı

  • By admin
  • 14 İyul 2017 22:29

86037jpgjpeg
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın “Aue” klubu ilə yeni müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsi xəbər yayıb.

27 yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 3 illiyinə – 2021-ci ilin iyununa qədər olduğu bildirilir. Onun II Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi.

Xatırladaq ki, Nazarov ötən mövsümdən çıxış etdiyi “Aue”nin heyətində 9 qol vurub.

Gununsesi.info