Millimizin futbolçusu Cənubi Koreyada kapitan seçildi

  • By Admin2
  • 17 Yanvar 2026 13:52

Cənubi Koreyanın “Daejeon” klubunda çıxış edən millimizin müdafiəçisi Anton Krivotsyuk kapitan seçilib.

Gununsesi.info xəbər verir ki, klub milli futbolçumuzu komandanın vitse-kapitanı təyin edib.

Komandanın əsas kapitanı isə Ju Min Kyu təyin edilib.

Qeyd edək ki, 2023-cü ildən “Daejeon”un heyətində çıxış edən Anton Krivotsyuk 92 oyunda meydana çıxıb, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Gununsesi.info