Millimizin futbolçusu evləndi – FOTO

  • By admin
  • 06 Yanvar 2021 10:40

21 yaşadək futbolçulardan ibarət milli komandamızın və “Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökçü evlənib.

Gununsesi.org xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib.

Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, “Sabah”a isə 2019-cu ildən cəlb olunub.

Gununsesi.org