Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
AFFA-dan verilən məlumata görə, qarşılaşma 2023-cü il martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu martın 24-də Avstriya ilə səfərdə keçirəcək. Canni de Byazinin yetirmələrinin bu qrupdakı digər rəqibləri Belçika və Estoniya olacaq.
Gununsesi.info