Millimizin matçının hakimləri məlum oldu

  • By admin
  • 06 İyun 2021 15:57

Azərbaycan millisinin Moldova ilə yoldaşlıq oyununun hakimləri bəlli olub.

Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Marian Aleksandr Barbu olacaq. Ona yan xətt hakimləri qismində Vladimir Urzica və Mircea Orbulet kömək edəcəklər. Dördüncü hakim funksiyasını İon Orliç yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən matç bu gün 20:00-da başlayacaq.

Gununsesi.info