Millimizin oyunlarının vaxtı açıqlandı

  • By admin
  • 06 Fevral 2022 11:12

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin təqvimi açıqlanıb.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan yığmasının oyunlarından beşinin vaxtı bəlli olub.

Millimiz 2022-ci ildə keçiriləcək turnirə mayın 25-də başlayacaq. C qrupunda yığmamızın yalnız Rumıniya ilə səfər görüşünün yeri və vaxtı dəqiqləşməyib.

I tur, 25 may

18:30. Azərbaycan – Ukrayna

Bakı İdman Sarayı

II tur, 28 may

19:00. Ukrayna – Azərbaycan

Zaporojye. “Yunost” İdman Sarayı

III tur, 1 iyun

18:00. Azərbaycan – Rumıniya

Bakı İdman Sarayı

IV tur, 4-5 iyun

Rumıniya – Azərbaycan

V tur, 8 iyun

18:00. Azərbaycan – Macarıstan

Bakı İdman Sarayı

VI tur, 12 iyun

21:00. Macarıstan – Azərbaycan

Miskolç. DVTK İdman Sarayı

Qeyd edək ki, qrup mərhələsinin qalibləri “Dördlər finalı”na yüksələcək. Həlledici raundun ev sahibi olacaq Ukrayna 1-ci yeri tutsa, ikinci pillədə qərarlaşan komanda medallar uğrunda mübarizə aparacaq.

Gununsesi.info